Tarix: 31 Iyul 2020 15:18
“Barselona” “Çelsi” ilə müqaviləsi başa çatan Villianı heyətinə cəlb etməyi planlaşdırır.
Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
“Barsa”nın 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif etdiyi bildirilir. Villianın öz klubu “Çelsi” və Devid Bekhemin sahibi olduğu “İnter Mayami”dən də təklif aldığı qeyd olunub.
Villian 2013-cü ildən "Çelsi"nin formasını geyinir. O, bu mövsüm 47 matça çıxaraq 11 qol vurub və 9 qolun ötürməsini verib.