Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 14:42
Bakı. Trend:
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə iyunun 22-də Koreyanın paytaxtı Seulda səfərdə olacaq.
Məclis Aparatından Trend-ə verilən məlumata görə, səfər müddətində millət vəkili bir sıra görüşlər keçirəcək, səhiyyə və rifah komitəsinin üzvləri ilə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da artırılması məsələlərini müzakirə edəcək.
Görüşdə tərəflər dostluq əlaqələrinin genişləndirilməsi və digər məsələləri də diqqət mərkəzində saxlayacaq.
Səfər iyunun 28-də başa çatacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin