Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 11:28
Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” bu turda səfərdə Batumi “Dinamo”su ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub
Nicat da bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə zədə səbəbindən əvəzlənib.
Qeyd edək ki, N.Qurbanov bu mövsüm 3 qol vurub.
Əlavə edək ki, 8 turdan sonra 8 xalı olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.