Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 15:20
"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında "Barcelona" ilə görüşdən öncə komandanın kapitanı Lionel Messi haqda danışıb.
Sonxeber.net sportinfo-ya istinadla xəbər verir ki, o, argentinalı hücumçu haqqında düşüncələri ilə bağlı verilən sualı belə cavablandırıb:
"Messini ya yuxumda, ya da oğlumun "Playstation"ında saxlaya bilərəm. "Milan"da oynayanda indikindən 10-15 kq arıq idim və onun qarşısını kəsməyə çalışmışdım".
Çempionlar Liqasının 1/16 finalının cavab oyunları çərçivəsində keçiriləcək "Barselona" - "Napoli" matçı avqustun 8-də baş tutacaq. Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.