Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, 6 nəfər öldü

Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, 6 nəfər öldü

Tarix: 3 Avqust 2020 17:03

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.


Etiketlər:  Azərbaycanda daha nəfər koronavirusa yoluxdu nəfər sağaldı nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ