Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Supsa limanından yola düşüb

Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Supsa limanından yola düşüb

Tarix: 3 Avqust 2020 17:08

Belarus üçün nəzərdə tutulan Azərbaycan neftini daşıyan növbəti tanker avqustun 2-də Supsa limanından yola düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Belneftexim" şirkətindən bildiriblər.

Məlumata əsasən, həmin tankerin Yujnı limanına avqustun 4-5-də çatması gözlənilir. Daha sonra neft Odessa-Brodı neft kəməri ilə Belarusda Mozır neft emalı zavoduna nəql olunacaq.

Qeyd edək ki, mart-aprel aylarında "SOCAR Trading" ümumilikdə 335 min ton həcmində dörd neft partiyasını Odessa limanı və Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa yola salmışdı. "Belneftexim"in məlumatlarına əsasən, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.

Milli.Az


Etiketlər:  Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Supsa limanından yola düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ