Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 19:48
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 3-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 874 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 744 837 test aparılıb. Aktiv xəstə sayı 4 456 nəfərdir, onlardan 259 nəfər reanimasiyadadır, 62 nəfər isə süni tənəffüs aparatına qoşulub.