Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 22:42
Bakı. Trend:
Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq miqyas alması və Nikol Paşinyanın uğursuz diaspor siyasəti bu gün AzTV-nin “Hədəf” verilişinin müzakirə mövzusu olub.
Trend-in məlumatına görə, Qafqaz Siyasi Anailz Mərkəzinin rəhbəri Əhməd Əlili və politoloq Elxan Ələsgərov Ermənistanın daxilindəki gərginliyi və xarici ölkələrdə silsilə xarakter alan uğursuzluqlarını şərh ediblər.
Müsahiblər düşmən ölkənin imicinə hər gün zərbə vurulduğunu, faşist mahiyyətli xunta rejiminin çıxılmaz duruma düşdüyünü konkret faktlarla əsaslandırıblar. İsraildən videobağlantı vasitəsilə studiyadakı müzakirəyə qoşulan Arye Qut, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Costa və Kanadada yaşayan azərbaycanlı İsmayıl Ələkbərov da erməni xislətinin beynəlxalq müstəvidə getdikcə daha aqressiv xarakter almasından və əksinə, Azərbaycanın uğurlu diplomatiyasının müsbət nəticələrindən söz açıblar.
Verilişi AzTV-nin rəsmi Youtube səhifəsindən izləyə bilərsiniz:
https://youtu.be/qU_Amu2wcTQ