Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəhvə içmək beyin üçün mütləqdir - Neyrobioloqlar

Qəhvə içmək beyin üçün mütləqdir - Neyrobioloqlar

Tarix: 3 Avqust 2020 23:39

Beyini tonusda saxlamaq və müxtəlif nevroliji, beyin xəstəliklərindən qorunmaq üçün qara şokolad və təmiz qəhvə içmək nəinki olar, hətta mütləqdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu nəticəyə ABŞ və Yaponiya neyrobioloqları son elmi tədqiqatlarının sonunda gəiblər.

Neyrobioloqlar kofeinin beynin işinə təsirini öyrənir. Bu dəfə bir neçə nüfuzlu təşkilat qəhvənin həqiqətən beyin üçün lazımlı olması qərarına gəlib.

Con Hopkins Universitetinin alimləri qəhvə və qara şokoladda olan metilksantin adlı orqanik birləşmənin beyinə təsirini öyrənib.

Məlum olub ki, bu maddə neyron şəbəkəsinin aktivliyinə təsir edir. Bu isə insanı insult, yaddaş pozuntusu, Alsgeymer, Parkinson xəstəliyindən qoruya bilər.

World Journal of Surgical Oncology məruzəsində yazılıb ki, 11 iri elmi araşdırmanın nəticələri qəhvənin beyin şişinə qarşı da effektini sübut edib.
Odur ki, alimlər yaxşı qəhvə içməyi və arada yaxşı şokolad yeməyi tövsiyə edir.

Milli.Az


Etiketlər:  Qəhvə içmək beyin üçün mütləqdir Neyrobioloqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ