Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 08:24
Bakı. Trend:
"Arianespace Corporation" avqustun 14-də "Ariane 5" raketinin Kuru kosmodromundan iki dəfə təxirə salınan uçuşunu həyata keçirmək barədə qərar qəbul etdi.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.
"Son montaj sexindəki əməliyyatların gedişi bizə "Ariane" raketinin buraxılışıni 14 Avqustda təyin olunmasına imkan verir", - xəbərdə deyilir.
Şirkət qeyd edir ki, müəyyən şərtlərdə uçuş bir gün əvvəl həyata keçirilə bilər.
Əvvəlcə buraxılış iyulun 28-ə təyin olunub, lakin əlavə texniki yoxlanışa ehtiyac olduğundan 31 iyul tarixinə təxirə salınıb. 31 İyulda "Ariane 5" yenidən raket start proqramından nasazlığa görə çıxarılıb.
Raket Yaponiyanın BSAT-4b və beynəlxalq operator "Intelsat" üçün Galaxy 30 peyklərini orbitə çıxaracaq. Onlar birbaşa yüksək keyfiyyətli radio və televiziya yayımı üçün istifadə ediləcəkdir.