Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada son çempion, “Sumqayıt”a son rəqib

Avropada son çempion, “Sumqayıt”a son rəqib

Tarix: 4 Avqust 2020 08:24

Bu gün Rumıniya çempionatında keçirilən bir oyunla qızıl və gümüş mükafatçının adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk iki pillədə qərarlaşan "Universitatya" və ÇFR arasında matç hər iki komandanın taleyinə aydınlıq gətirib.

Krayovada keçirilən qarşılaşmada 3:1 hesabı ilə qalib ÇFR mövsümü 48 xalla başa vurub. Ehtiyatda bir oyunu olan krayovalılar 44 xalla ikinci yeri tutub.

Bununla da Rumıniyanı avrokubokda təmsil edəcək son komandalar da bəlli olub. Qızıl medala yiyələnən ÇFR Çempionlar Liqasında mübarizə aparacaq.

"Universitatya" gümüş medalla kifayətlənərək Avropa Liqasına yollanıb. I təsnifat mərhələsində mübarizə aparacaq Krayova təmsilçisi püşkatmada səpələnmişlər səbətində olacaq.

Bu isə o deməkdir ki, bir il əvvəl "Səbail"i mübarizədən kənarlaşdıran (3:2, 3:2) klub sumqayıtlıların sonuncu potensial rəqibinə çevrilib.

Milli.Az


Etiketlər:  Avropada son çempion Sumqayıta son rəqib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ