Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 09:00
Bakı. Trend:
Atlantik okeanında meydana gələn "İsaias" qasırğası ABŞ-ın Şimali Karolina əyalətinin sahillərini əhatəsinə alıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qərargahı Mayamidə (Florida) yerləşən ABŞ Milli qasırğa müşahidəsi mərkəzi xəbər verib.
Məlumata görə, küləyin sürəti 38 m/s-yə çatıb. Hazırda qasırğa Şimali Karolina ştatının Vilminqton şəhərindən 65 km cənub-qərbdədir və şimal-şərq istiqamətində 9,7 m/s sürətlə hərəkət edir.
Daha əvvəl qasırğa yaxınlaşdığına görə Cənubi və Şimali Karolinanın sahil bölgələrində, eləcə də Nyu-Yorkda fırtına xəbərdarlıqları verilib.
Qasırğa mövsümü, adətən, Atlantikdə iyunun əvvəlindən noyabrın sonuna qədər altı ay davam edir. Atmosfer fenomeni tropik fırtına kimi təsnif edilir və əhatəsindəki küləyin sürəti təqribən 17,5 m/s-yə çatsa bu adda qalır. Küləyin sürəti 33 m/s və ya daha çox olduqda isə fırtına qasırğa adlandırılır..