Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo PSJ-yə transfer olunmaq istəyib - "France Football"

Ronaldo PSJ-yə transfer olunmaq istəyib -

Tarix: 4 Avqust 2020 11:24

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo ötən payız PSJ-yə transfer olunmaq variantını nəzərdən keçirib.

Qol.az "France Football"a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının qrup mərhələsində "Lokomotiv"ə qarşı matçda (2:1) Turin təmsilçisinin oyunundan narazı olub. Bundan sonra o, Paris təmsilçisinə keçmək barədə düşünüb. Nəşr yazıb ki, 35 yaşlı futbolçu bununla bağlı "Yuventus" rəhbərliyi ilə görüşüb və öz fikri barədə danışıb.

Bildirilib ki, Ronaldo koronavirus pandemiyasına görə PSJ-də oynamaq variantından imtina edib.

Qeyd edək ki, Ronaldo "Yuventus"la İtaliya A seriyasında 2019/2020 mövsümünün qalibi olub.

 


Etiketlər:  Ronaldo PSJ transfer olunmaq istəyib France Football


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ