Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 17:28
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.