Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 02:08
Bakı. Trend:
Minskin "Dinamo" stadionunda II Avropa Oyunlarının məşəli yandırılıb.
Trend-in "BELTA"ya istinadən verdiyi məlumata görə, məşəli stadiona Belarus idmançıları Darya Domçareva, Aleksey Qrişin, Maksim Mirnıy, Yuliya Nesterenko, Roman Petruşenko, Nadejda Skardino və Dmitri Dovqalenok gətiriblər və yandırıblar.
"Sülh alovu" estafeti mayın 3-ü Romada start götürüb və 50 gün ərzində 7 min kilometrdən artıq məsafə qət edib. "Sülh alovu" Sloveniya, Avstriya, Macarıstan, Çexiya, Slovakiya və Polşada olub. Belarusda məşəl Brest, Qrodnensk, Vitebsk, Moqilevsk, Qomelsk və Minsk vilayətlərində olub.
Minsk şəhərinə estafet iyunun 17-də gətirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin