Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhali dənizə üz tutur - Pirşağı çimərliyindən FOTOREPORTAJ

Əhali dənizə üz tutur - Pirşağı çimərliyindən FOTOREPORTAJ

Tarix: 5 Avqust 2020 15:14

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq yaradılan pulsuz çimərliklərdən biri də Pirşağı çimərliyidir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Operativ Qərargahın çimərliklərlə bağlı qərarına əsasən bu gündən Pirşağı çimərliyi də istifadəyə verilib.

Karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərlikdə lazımi şərait yaradılıb. Karantin rejiminin tələblərinə əsasən çimərlikdə toplam 200 yer sayı müəyyən olunub. Bu günə olan məlumata görə, çimərlikdə hazırda cəmi 46 boş yer mövcuddur. Çimərlik həftənin bütün günləri 08.00-21.00-a qədər fəaliyyət göstərəcək.

"Cimerlik.az" portalına daxil olaraq, Pirşağı çimərliyi və digər çimərliklərdəki doluluq səviyyəsini öyrənə bilərsiniz.

Çimərlikdə istirahət edən vətəndaşlar çimərlikdə yaradılan vəziyyətdən və çimərliklərə qoyulan qadağanın götürülməsindən razılıqlarını bildiriblər.

Mütəxəsislər bildirir ki, dəniz suyunda COVID-19 ilə yoluxma mümkün deyil, əksinə duz və dəniz suyu viral yükü azaltmağa kömək edir. Duzlu bir mühitdə yaşaya bilməyən bir çox mikroorqanizm var. Dəniz suyunun kimyəvi prosesləri duzların konsentrasiyası ilə əlaqəli yüksək ion gücü, habelə yüksək natrium və xlorid ionları ilə müəyyən edilir. Buna görə də virusların çox ailəsi dənizdə yaşamır. Çimərlikdə koronavirusun yayılmasını çətinləşdirən əsas amil Günəş, dəniz qumunun duzluluğu və səthidir. Ultrabənövşəyi şüalar dəniz duzunun qalıqları səthə düşən virusu məhv edir.


Etiketlər:  Əhali dənizə tutur Pirşağı çimərliyindən FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ