Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 18:04
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın seçki qərargahı noyabr ayında keçiriləcək prezident seçkilərində poçtla səsverməyə icazə vermiş Nevada ştatının rəhbərliyini məhkəməyə verib.
Trend-in məlumatına görə, D.Tramp poçtla səsvermə zamanı saxtalaşdırmanın ola biləcəyi barədə narahatlığını dəfələrlə ifadə edib.
ABŞ Prezindeti, həmçinin poçtla verilən səslərin sayılması üçün çox illər tələb oluna biləcəyini deyib.
Bir neçə gün əvvəl Nevada ştatının qanunverici orqanı poçtla səsvermə haqqında qanun layihəsini qəbul edib. Ştat qubernatoru Stiv Sosolak layihəni imzalayıb.