Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 20:00
Bakı. Trend:
“Ford” avtomobil konserninin rəhbəri Cim Hakett istefa verib.
Trend-in məlumatına görə, bu addım şirkət rəhbərliyində kadr dəyişiklikləri çərçivəsində atılıb.
65 yaşlı C.Hakett oktyabrın 1-dək öz vəzifələrini icra edəcək. Bu müddətdən sonra Cim Farli “Ford”a rəhbərlik edəcək.
Cim Hakett 2021-ci ilin martınadək şirkətin xüsusi müşaviri funksiyalarını icra edəcək. O, 2017-ci ildən etibarən “Ford” konserninə rəhbərlik edirdi.