Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 20:26
Mütləq çəkidə keçmiş dünya çempionu Roy Cons Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə döyüşçünün meneceri Zsolt Barna məlumat verib. Məlumatda bildirilir ki, R.Consun bu qərara gəlməsinə səbəb 1997-ci ilin iyununda Evander Holifildlə döyüşü zamanı M.Taysonun onun qulağını dişləməsi olub.
E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə edilməklə, həm də diskvalifikasiya olunub.
Əfsanəvi boksçular arasında döyüş sentyabrın 12-nə planlaşdırılıb.
İki amerikalı arasında superfinal Kaliforniyada baş tutacaq. Döyüş 8 raunddan ibarət olacaq.
Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. Roy Consun hesabında 47-si nokautla olmaqla 66 qələbə var.