Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ölkə seçkilərinə müdaxilə edənlər barədə məlumat üçün $10 milyon mükafat vəd edir

ABŞ ölkə seçkilərinə müdaxilə edənlər barədə məlumat üçün $10 milyon mükafat vəd edir

Tarix: 6 Avqust 2020 04:44

Bakı. Trend:

ABŞ hakimiyyəti ölkənin prezident seçkilərinə müdaxilə etməyə çalışan şəxslər haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat ödəməyə hazırdır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.

"Dövlət departamentinin "Ədalət yardım uğrunda mükafat" proqramı xarici hökumətin rəhbərliyi və ya nəzarəti altında fəaliyyət göstərən ABŞ seçkilərinə müdaxilə edən hər kəsin kimliyini və harada olduğunu müəyyənləşdirən məlumatlara görə 10 milyon dollaradək mükafat təklif edir", - M.Pompeo deyib.


Etiketlər:  ABŞ ölkə seçkilərinə müdaxilə edənlər barədə məlumat üçün milyon mükafat vəd edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ