Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Tarix: 6 Avqust 2020 14:09

Bakı. Trend:

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.

Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik.


Etiketlər:  Müdafiə Nazirliyi Avqustun keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır


RƏYLƏR