Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 17:12
2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək.
Təhsil Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bu, Təhsil naziri Emin Əmrullayevin nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfransda deyilib.
Onlayn görüşdə koronavirus pandemiyası dövründə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili, 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışılıb.
Bildirilib ki, pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.
Həmçinin pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.