Tarix: 22 Iyun 2019 22:32
Azərbaycan yığmasının daha iki boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə start verib.Qol.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionu Cavid Çələbiyev 1/16 final döyüşündə Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviçlə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn C.Çələbiyev 1/8 finalda Dorin Buska (Moldova) ilə döyüşəcək. Həmin görüş iyunun 25-də olacaq.
81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes isə 1/16 final mərhələsində Stepan Hrekul (Ukrayna) ilə görüşüb. Boksçumuz 3:0 hesabı ilə qalib gələrək, 1/8 finalda Belarus təmsilçisi Mixail Dauhalyavetsə rəqib olub. Bu qarşılaşma da iyunun 25-də keçiriləcək.
Qeyd edək ki, Çələbiyev və Dominqesə qədər Tayfur Əliyev (56 kq), Lorenzo Sotomayor (69 kq) və Kamran Şahsuvarlı (75 kq) 1/8 finala yüksəlib.