Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqasında yeni mövsümə start verildi

Çempionlar Liqasında yeni mövsümə start verildi

Tarix: 9 Avqust 2020 00:44

Çempionlar Liqasında 2020/2021 mövsümünə start verilib.

Qol.az xəbər verir ki, ilkin təsnifat mərhələsində iki görüş keçirilib.

San Marinonun "Tre Fiori" klubu Şimali İrlandiya təmsilçisi "Linfild"də qarşılaşıb. İsveçrənin Nyon şəhərində keçirilən görüşdə "Linfild" qalib gəlib - 2:0. Qolları Bastien Heri (71) və Kristi Manzinqa (83) vurub.

Digər matçda Kosovo "Drita"sı Andorranın "İnter Eskaldes" klubu qarşılaşıb. Oyun "Drita"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları "Drita"dan Cevdet Şabani (21) və Hamdi Namani (45+3), "İnter Eskaldes"dən Emil Qarsia (29) fərqlənib.

Avqustun 11-də "Drita" ilə "Linfild" üz-üzə gələcək. Bu görüşün qalibi isə 1-ci təsnifat mərhələsinə yüksələcək.  

 


Etiketlər:  Çempionlar Liqasında yeni mövsümə start verildi


RƏYLƏR