Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 09:08
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyanın amerikalılara iqtisadi təsirinin azaldılması məqsədi ilə fərman imzalayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp Nyu-Cersi ştatında jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu fərman amerikalılara pandemiyanın nəticlərini daha inamla aradan qaldırmağa imkan verəcək. İşsizlər həftədə 400 dollar müavinət almağa davam edəcəklər: "İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm".