Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 14:20
Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Ağdam klubu bu mərhələdə evdə "Sileks"lə (Şimali Makedoniya) qarşılaşacaq.
Qeyd edək ki, yeni qaydalar əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq.
Əlavə edək ki, 1-ci təsnifat mərhələsinin görüşləri 18-19 avqustda keçiriləcək.