Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasında 2-ci mərhələnin püşkü atıldı

Çempionlar Liqasında 2-ci mərhələnin püşkü atıldı

Tarix: 10 Avqust 2020 14:52

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 13 cütlük müəyyənləşib.

Təmsilçimiz “Qarabağ”ın da bu mərhələdəki potensial rəqibi bilinib. Ağdam klubu “Sileks”i (Şimali Makedoniya) keçsə, “Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi ilə evdə qarşılaşacaq.

Türkiyə təmsilçisi “Beşiktaş” isə 2-ci mərhələdə səfərdə Yunanıstan PAOK-i ilə qarşılaşacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin matçları avqustun 25-26-da keçiriləcək.

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

Çempionlar yolu

“Floriana” (Malta)/ÇFR (Rumıniya) cütünün qalibi - “Dinamo” (Zaqreb, Xorvatiya)

“Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi

“Seltik” (Şotlandiya)/“Reykyavik” (İslandiya) cütünün qalibi - “Ferensvaroş” (Macarıstan)/ "Yurqorden" (İsveç) cütünün qalibi

“Flora” (Estoniya)/“Suduva” (Litva) cütünün qalibi - “Makkabi” (Təl-Əviv, İsrail)/“Riqa” (Latviya) cütünün qalibi

“Legiya” (Polşa)/“Drita” (Kosovo)// “Linfild” (Şimali İrlandiya) cütünün qalibi - “Ararat” (Ermənistan)/“Omoniya” (Kipr) cütünün qalibi

"Çelye" (Sloveniya)/“Dandolk” (İrlandiya) cütünün qalibi - “Molde” (Norveç)/“KuPS” (Finlandiya) cütünün qalibi

“Buduçnost” (Monteneqro)/“Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi - “Midtülland” (Danimarka)

“Dinamo” (Brest, Belarus)/“Astana” (Qazaxıstan) cütünün qalibi - “Konnah” (Uels)/“Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi

“Qarabağ” (Azərbaycan)/“Sileks” (Şimali Makedoniya) cütünün qalibi  “Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi

“Dinamo” (Tbilisi, Gürcüstan)/"Tirana" (Albaniya) cütünün qalibi - “Srvena Zvezda” (Serbiya)/“Europa” (Cəbəllütariq) cütünün qalibi



Liqa yolu

“Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya)

PAOK (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)

“Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)

 


Etiketlər:  Çempionlar Liqasında mərhələnin püşkü atıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ