Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıra bilər

Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıra bilər

Tarix: 23 Iyun 2019 16:44

Bakı. Trend:

“Minsk 2019” II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə qələbə ilə başlayıb. 28 yaşlı idmançı 1/16 finalda monakolu Sedrik Bessini məğlubiyyətə uğradıb. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Azərbaycanın "Minsk 2019"dakı bayraqdarının növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Bu qarşılaşmada da Orucov 3 dəqiqə 27 saniyəyə qalib gələrək, adını 1/4 finala yazdırıb. Onun növbəti rəqibi isə ermənistanlı Ferdinand Karapetyan olub. Bu dəfə Orucov Karapenyana vaza-ari xalı ilə qalib gələrək, yarımfinala adlayıb. Azərbaycan təmsilçisi yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.

Bu çəkidəki daha bir cüdoçu Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb. Onun növbəti rəqibi israilli Din Yaakov Gemer olub. Bu dəfə 3 dəqiqə 31 saniyəyə ipponla qalib gələn H.Heydərov 1/4 finala yüksəlib. 22 yaşlı cüdoçunun rəqibi yunanıstanlı Georgios Azoidis olub. Heydərov 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Heydərov da Orucov kimi Karapetyanı üstələyib. Əlavə vaxtda ipponla qələbə qazanan Azərbaycan təmsilçisi bürünc medal görüşünə çıxıb.

Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı Stefania Adelina Dobreyə 1 dəqiqə 46 saniyəyə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.


Etiketlər:  Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana qızıl medalı qazandıra bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ