Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 18:50
"Çelsi" futbolçuları Pedro Rodriges və Villianın komandadan ayrıldığını açıqlayıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan yarımmüdafiəçilərlə yeni sözləşmə ilə bağlı razılıq əldə olunmayıb.
Qeyd edək ki, ispaniyalı Pedro 2015-ci ildə "Barselona"dan "Çelsi"yə keçib. Braziliyalı Villian isə 2013-cü ildən London klubunda çıxış edirdi.