Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 06:56
Bakı. Trend:
Dünyada yeni növ koronavirus ilə yoluxma hallarının sayı 20 milyonu keçib.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Con Hopkins Universitetinin apardığı hesablamalar götərib.
Məlumata əsasən, hazırda yoluxanların sayı 20 001 019 nəfər təşkil edir, 733 103 nəfər ölüb, 12 209 074 isə sağalıb. Yoluxma hallarının çoxu ABŞ-da (5 799 441) qeydə alınıb.
Bunun ardınca Braziliya (3 035 422) və Hindistan (2 215 074) gəlir.