Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə COVID-19 pandemiyasının ''ikinci dalğa''sına hazırlaşır

Bu ölkə COVID-19 pandemiyasının ''ikinci dalğa''sına hazırlaşır

Tarix: 12 Avqust 2020 18:00

Son sutka ərzində COVID-19-a 168 yoluxma və 24 ölüm faktının qeydə alındığı Misirdə pandemiyanın "ikinci dalğa"sına hazırlıq görülür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məhdudiyyətlərin yumşaldılmasından sonra bu ölkədə yeni növ koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Səhiyyə naziri Halə Zayid fəaliyyətini dayandırmış karantin xəstəxanalarının yenidən açılması barədə göstəriş verib.

Misir Prezidentinin səhiyyə məsələləri üzrə müşaviri Məhəmməd Avad Tacəddin qeyd edib ki, ölkədə pandemiya ilə vəziyyət ciddi olaraq qalır. O əlavə edib ki, son günlər yoluxma hallarının artması Qurban bayramı günlərində insanların bir yerə toplaşması, habelə parkların və dəniz sahillərinin doluluğu ilə bağlıdır. Müşavirin sözlərinə görə, "ikinci dalğa" payız aylarında başlaya bilər və karantin xəstəxanaları fors-major situasiyaya hazır olmalıdır.

Qeyd edək ki, Misirdə COVID-19-a yoluxanların ümumi sayı 95 mindən çoxdur, 5 minə yaxın insan isə vəfat edib.


Etiketlər:  ölkə COVID pandemiyasının ikinci dalğasına hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ