Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 20:12
"Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Qol.az xəbər verir ki, “sarı-lacivərtlər” “Las Palmas”ın icarə əsasında “Sassuolo”da oynayan müdafiəçisi Maurisio Lemosun keçidi üçün razılıq əldə edib.
Bunu İspaniya klubunun prezidenti Migel Anxel Ramirez açıqlayıb. O, transfer üçün “Fənərbaxça” ilə hərtərəfli razılığa gəldiklərini deyib.
İstanbul təmsilçisinin uruqvaylı oyunçuya görə “Las Palmas”a 3 milyon avro ödəyəcəyi bildirilib. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 2016-cı ildə “Las Palmas”a transfer olunan 24 yaşlı futbolçu 2018-ci ildən icarəs əsasında “Sassuolo”da oynayır. O, 2017-ci ildən Uruqvay millisinə dəvət alır.