Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı peyvənd edilən gün nələri etmək olmaz?

Koronavirusa qarşı peyvənd edilən gün nələri etmək olmaz?

Tarix: 12 Avqust 2020 23:45

Koronavirusa qarşı peyvənd edildiyi gün spirtli içki içməməlisiniz, çünki alkoqol xəstənin immun sistemini və dərmanın təsirini zəiflədə bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş ekspert-narkoloqu Yevgeni Bryun danışıb.

"Demək olar ki, hər hansı bir dərman, o cümlədən koronavirus infeksiyasına qarşı vaksin alkoqol ilə uyğun gəlmir. Çünki ilk növbədə zəhərli təsir göstərir, immuniteti zəiflədir və peyvəndin təsiri azalır", - mütəxəssis müsahibəsində insanlara xəbərdarlıq edib.

Qeyd edək ki, 11 avqustda Rusiya Səhiyyə Nazirliyi və Qamaleya Mərkəzində alimlər tərəfindən Rusiya Birbaşa İnvestisiya Fondu ilə birlikdə hazırlanmış koronavirusa qarşı dünyada ilk peyvənd qeydə alınıb. Dərman "Qam-COVID-Vak" və ya "Sputnik V" adlandırılır.

Ölkədə xəstəliyə qarşı kütləvi peyvənd başladığı zaman hər kəs könüllü olaraq peyvənd vurdura bilər. Ancaq Rusiyadakı uşaqlar koronavirusa qarşı peyvənd olunmayacaqlar. (publika.az)


Etiketlər:  Koronavirusa qarşı peyvənd edilən gün nələri etmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ