Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 10:04
"Nə "Qarabağ", hazırda bütün diqqətimizi cümə günü "Polister"lə keçiriləcək oyuna yönəltmişik".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasnın 1-ci təsnifat mərhələsindəki rəqibi "Sileks"in baş məşqçisi Qoran Simov deyib.
O, yerli mətbuata açıqlamasında hazırda yaınız Şimali Makedoniya çempionatının 2-ci turunun oyununa kökləndiklərini və Ağdam klubu ilə görüş barədə fikirləşməyi futbolçularına qadağan etdiyini bildirib: “Kratovoda oynayacağıq və ilk turda “Belasitsa” üzərindəki 6:0 hesablı qələbədən sonra yalnız 3 xalı hədəfləyəcəyik. Buna görə də oyunçulara şənbə gününə qədər “Qarabağ” barədə düşünməyi qadağan etmişəm”.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.