Tarix: 24 Aprel 2019 01:28
İngiltərə Premyer Liqasında 31 və 33-cü turlardan təxirə salınmış iki oyun keçirilib.Qol.az-ın məlumatına görə, müvafiq olaraq, "Tottenhem" doğma meydanda "Brayton"la, "Sauthempton" isə səfərdə "Uotford"la qarşılaşıb. London klubu evdə oynamasına baxmayaraq, rəqibini çətinlik məğlub edə bilib. 88-ci dəqiqədə Kritian Eriksenin qolu "Tottenhem"ə minimal hesablı qələbə qazandırıb.
"Sauthempton" isə "Uotford"l matçda qələbəni sonuncu dəqiqədə əldən verib.
23 aprel
"Tottenhem"- "Brayton" - 1:0
Qol: K. Eriksen, 88
"Uotford" - "Sauthempton"- 1:1
Qollar: Ş Lonq, 1 (0:1), E. Qrey, 90 (1:1)
Qeyd edək ki, bu nəticələrdən sonra xallarının sayını 70-ə çatdıran "Tottenhem" 3-cü pillədəki yerini qoruyub saxlaya bilib. 34 xallı "Brayton" 17-ci, 37 xallı "Sauthempton" 16-cı, 50 xalı olan "Uotford" isə 7-cidir.