Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib (FOTO)

Tarix: 24 Iyun 2019 12:09

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi olub.

Trend-in məlumatına görə, mükafatların təqdim edilməsi mərasimində BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir iştirak ediblər.

Beş fərqli kateqoriya üzrə mükafatların builki qalibləri Keniya, Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tailand, Kosta Rika, Koreya Respublikası, Çili və Avstriya olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ