Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hulusi Akar: Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq

Hulusi Akar: Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq

Tarix: 13 Avqust 2020 16:27

Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Bakıda səfərdə olan Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Türkiyə-Azərbaycan birgə təlimlərinin iştirakçıları ilə görüşü zamanı deyib.

O, Ermənistanın bir müddət əvvəl Tovuz rayonunda həyata keçirdiyi hücumu şiddətlə pislədiklərini bildirib: "Çox açıq şəkildə bildirmək istəyirəm ki, Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırımı edən, Dağlıq Qarabağı heç bir hüquqi əsası olmadan və qanunsuz şəkildə işğal edən Ermənistana qarşı bütün gücümüzlə, sonadək Azərbaycanın, azərbaycanlı hərbçilərin yanındayıq. Azərbaycan yalnız deyil. Azərbaycanın haqlı mübarizəsinə olan dəstəyimiz bundan sonra da davam edəcək. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq".


Etiketlər:  Hulusi Akar Xocalı soyqırımını törətmiş Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ