Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə kubokunda dəyişiklik

İngiltərə kubokunda dəyişiklik

Tarix: 13 Avqust 2020 17:12

İngiltərə Federasiya kuboku ilə bağlı yeni qayda tətbiq olunacaq.

Qol.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 1-dən start veriləcək yeni mövsümdən 90 dəqiqəsi bərabərliklə bitən oyunların cavab matçı keçirilməyəcək.

Qarşılaşmalar bir oyundan ibarət olacaq və ehtiyac yaranarsa, qalibi əlavə vaxt və ya penaltilər seriyası müəyyənləşdirəcək. Yeni mövsümün final matçı isə 2021-ci il mayın 21-də, “Uembli” stadionunda keçiriləcək.

Qeyd edək ki, federasiya kubokunun son qalibi “Arsenal” klubu olub.

 


Etiketlər:  İngiltərə kubokunda dəyişiklik


RƏYLƏR