Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 20:56
Xiaomi 10-un ildönümünə özəl olaraq hazırlanan Xiaomi Mi 10 Ultra antibakterial örtüklə birlikdə satışa çıxarılacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Xiaomi-nin bu yeniliyini koronavirus pandemiyası ilə əlaqələndirənlər az deyil.
Yeni model barədə hələlik dəqiq rəsmi məlumat verilməsə də, onun 120 Hz yenilənmə sürətinə sahib olduğu bildirilir. Smartfon AMOLED ekrana sahib olmaqla yanaşı, Qualcomm-un Snapdragon 865 prosessorundan güc alır. Yeni modelin satışdakı ən yaxşı kameraya sahib telefon olacağı ehtimal olunur. Xiaomi Mi 10 Ultra 100W sürətli enerji dəstəyinə sahibdir.
Qeyd edək ki, Xioami antibakterial örtük istehsal edən yeganə şirkət deyil. Eyni texnologiyanı Samsung da Galaxy Note 20-də tətbiq edib.