Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Umtiti də koronavirus yoluxdu

Umtiti də koronavirus yoluxdu

Tarix: 14 Avqust 2020 22:24

"Barselona"nın futbolçusu Samuel Umtiti koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı müdafiəçidə simptomların olmadığı və onun karantində olduğu vurğulanıb. Umtiti ilə təmasda olan şəxslərin koronavirus testindən keçəcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Kataloniya təmsilçisinin digər müdafiəçisi  Jan-Kler Todiboda koronavirus aşkarlanmışdı. Hər iki oyunçu "Barselona"nın Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə oyun üçün Lissabona gedən heyətində yer almayıb.

 


Etiketlər:  Umtiti koronavirus yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ