Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 03:00
Bakı. Trend:
İspaniyanın "Barselona" futbol klubunun fransalı müdafiəçisi Samuel Umtiti yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, 26 yaşlı futbolçunun xəstəliyi simptomsuz keçir və hazırda karantindədir. Klub bu barədə idman və sağlamlıq orqanlarına məlumat verib. Umtiti ilə təmasda olan futbolçular əlavə müayinədən keçəcəklər.
Qeyd edək ki, bu gün "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Bavariya" ilə qarşılaşılaşacaq.