Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 21:40
ABŞ Mərkəzi Bankı FED-in idarə heyətinin üzvü Lael Brainard bankın rəqəmsal pullarla bağlı araşdırmalara başladığını bildirib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, rəsmi məlumatlara görə, buna səbəb dolların rolunun göz önünə alınması olub.
Bildirilib ki, FED dövrün tələblərini nəzərə alaraq, bu istiqamətdə aktiv işlər görür. Rəqəmsal pul sistemi ilə bağlı yeni texnologiyaların sınaqdan keçirildiyi vurğulanıb.
Lael Brainard-ın sözlərinə görə, yaxın vaxtda insanların müxtəlif ödəniş seçimlərinə əlçatanlığı təmin olunacaq.