Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brauzerin “incognito” rejimi sizi qorumur

Brauzerin “incognito” rejimi sizi qorumur

Tarix: 15 Avqust 2020 23:12

"Incognito" rejimi müəyyən cihazda istifadəçinin məxfiliyini təmin edə bilər, lakin şəbəkədə anonimliyə zəmanət vermir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə "Group-IB" kompüter kriminalistikası laboratoriyası rəhbərinin müavini Sergey Nikitin danışıb.

Ekspert bildirib ki, inkognito rejiminin həll etdiyi əsas məsələ konkret qacetdə baxış tarixçəsinin aradan qaldırılmasıdır.

"Beləliklə, bu rejim şəbəkədə sizin anonimliyinizi təmin etmir, sadəcə müəyyən cihazda gizliliyinizi təmin edir", - deyə Nikitin bildirib.

Onun sözlərinə görə, inkognito rejimi yalnız başqa insanın və ya ictimai kompüterindən istifadə etmək məcburiyyətində qaldığınız halda uyğundur. Bu rejim, ziyarət tarixini, səhifə sinxronizasiyasını və son axtarış sorğularını gizlətməyə imkan verir. Şəxsi kompüterlərdə isə funksiyanın istifadəsi məsləhət görülmür.


Etiketlər:  Brauzerin incognito rejimi sizi qorumur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ