Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2020 14:39
Bir çox insan Internetdə ayaqqabı qoxusunu necə aradan qaldıracağını araşdırır. Yay aylarında isə ayaqqabı qoxusundan daha çox şikayət olunur. Ayaqqabılarda meydana gələn qoxu problemi insanların gündəlik qarşılaşdığı problemlər arasındadır. İnsanın həyat keyfiyyətini azaldan və narahatlıq yaradan ayaqqabı qoxusu bir çox fərqli səbəbə görə yarana bilər. Bu vəziyyət genetik ola bilər, uzun gəzintilərdən sonra yaranar və ya səhv ayaqqabı seçimi səbəbindən baş verə bilər. Hansı səbəbdən yaranmasına baxmayaraq, ayaqqabı qoxusunu aradan qaldırmaq üçün bir neçə fərqli praktik üsul var.
Bəs ayaqqabı qoxusundan necə qurtulmaq olar?
Sonxeber.net Lent.az-a istinadən bir neçə üsulu təqdim edir:
Soda
Soda ayaqqabı qoxusunu aradan qaldırmaq üçün ən çox qiymətləndirilən üsullardandır. Gecələr ayaqqabılara bir qaşıq soda qoyularsa, ayaqqabı qoxusu səhərə qədər yox olacaq.
Təbii maddələrdən istifadə
Qoxuya səbəb olan bakteriyaları məhv etmək üçün təbii maddələrdən istifadə edə bilərsiniz. Bunlara lavanda, adaçayı, portağal və limon qabığı daxildir. Eyni şəkildə, bu təbii maddələr gecə ayaqqabılara qoyula bilər. Belə olduqda, səhərə qədər qoxu yox olur.
Uşaq pudrası
Nəmi çəkmək xüsusiyyətlərinə görə uşaq pudrası ayaqqabıdakı qoxuları aradan qaldıra bilər. Etməli olduğunuz şey, ayaqqabıya bir qədər uşaq pudrası tökməkdir. Bundan ayaqların tərləməsinin qarşısını almaq üçün də istifadə edə bilərsiniz. Ayaqqabı geymədən öncə ayaqlarınıza bu pudradan çəkmək çox faydalı olacaq.
Bu üsullardan etibarlı şəkildə istifadə edə bilərsiniz. Hər birinin ortaq xüsusiyyəti bu üsulları gecədən ayaqqabıya tətbiq etməkdir. Belə olduqda, ayaqqabıdakı qoxunun səhərə qədər tamamilə yox olduğunu görmək mümkündür. Bunları hər dəfə ayaqqabı qoxusu sizi narahat etdikdə tətbiq edə bilərsiniz.