Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda yoluxma yenidən artdı

Azərbaycanda yoluxma yenidən artdı

Tarix: 16 Avqust 2020 17:06

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 18 38 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb.

 


Etiketlər:  Azərbaycanda yoluxma yenidən artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ