Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 15:12
"Pelister"lə oyundakı məyusedici nəticədən sonra psixoloji cəhətdən özümüzə gəlməyə çalışırıq.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu "Sileks"in baş məşqçisi Qoran Simov deyib.
Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniya təmsilçisi oyun üçün Bakıya yola düşüb. Baş məşqçisi səfər matçı ilə bağlı yerli mətbuata təəssüratlarını bölüşüb:
"Hər şeyi geridə qoyduq və indi yalnız "Qarabağ"la oyuna köklənmişik. Oyunçuları heç nədə günahlandırmıram. İstəyirəm ki, meydanda ən yaxşısını versinlər. Möcüzələrə inanmalıyıq, çünki futbolda da eyni şeylər tez-tez baş verir. Seçmə mərhələ bir matçdan ibarətdir. İntizamlı və yüksək səviyyəli oynasaq, bunun mükafatını alacağıq".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" görüşü saat 20:00-da başlayacaq.