Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 15:15
Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sənədin qüvvəyə minməsi böyük əhəmiyyətə malikdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Türkiyənin "CNN Türk" telekanalına müsahibəsində deyib.
Deputat iki qardaş və nümunəvi münasibətlər sərgiləyən ölkə tərəfindən bu sənədin imzalanmasının gözlənilən olduğunu vurğulayıb. S.Mikayılova sənədin önəmindən danışarkən qeyd edib ki, bu, iki ölkə arasında qarşılıqlı münasibətlərin, xüsusən turizm sahəsində əlaqələrin daha da inkişaf etməsinə müsbət təsir göstərəcək. Millət vəkili bunun münasibətlərdə yeni səhifə açacağını, daha böyük əməkdaşlıq və təmas üçün addım olacağını bildirib.
S.Mikayılova müsahibəsində həmçinin vuğulayıb ki, Azərbaycan və Türkiyə arasında keçirilən son təlimlər daha öncə təşkil edilən hərbi təlimlərin davamı olaraq qəbul edilməli və iki ölkə arasında strateji tərəfdaşlığın mühüm hissəsi kimi qiymətləndirilməlidir.