Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox sayda insan bir yerə toplaşsa koronavirus geniş yayılacaq - Heydər Məscidinin imamı

Çox sayda insan bir yerə toplaşsa koronavirus geniş yayılacaq - Heydər Məscidinin imamı

Tarix: 17 Avqust 2020 17:04

Təbii ki, hər bir müsəlman istəyər ki, məscidlər açıq olsun və istənilən şəxs orada ibadətini edə bilsin.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Heydər Məscidinin imamı, ilahiyyatçı Rüfət Qarayev deyib. Onun sözlərinə görə, pandemiya hazırda bütün dünyanın hesablaşmalı olduğu danılmaz bir faktdır və bu xəstəliyə qarşı düzgün addımlar atılmasa, ciddi nəticələri ola bilər:

"Koronavirus xəstəliyi adi bir virus deyil, bu, ölümcül bir xəstəlikdir və bütün dünya bununla mübarizə aparır. Belə dövrdə qapalı şəraitdə insanların bir yerə toplaşması xəstəliyin daha çox yayılmasına gətirib çıxarır. Ona görə də bir çox islam alimləri işi səhiyyənin öhdəsinə verib. Əgər qərar verilibsə ki, çox sayda insanın bir araya toplanması qadağandır, demək bu vətəndaşlarımızın sağlamlığı üçün atılan addımdır. Mən əminəm ki, bu qadağa aradan qalxan kimi məscidlərin də fəaliyyətinə icazə veriləcək".

İlahiyyatçının sözlərinə görə, Azərbaycanda gündən-günə ibadət evlərinin sayı artır, dövlətin dinə dəstəyi çox böyükdür:

"Hazırda ölkədə bağlı olan tək məscidlər deyil, metro, iri ticarət mərkəzləri və digər yerlər var ki, uzun zamandır fəaliyyətsizdir. Bu bizim sağlamlığımz üçündür. Azərbaycanda dini inanca heç bir məhdudiyyət yoxdur, hər kəs öz evində ibadətini edir, sosial şəbəkənin onlayn imkanlardan yararlanır. İndiki dövrdə yalnız dua etmək lazımdır ki, bu bəla tezliklə bitsin".

R.Qarayev əlavə edib ki, digər müsəlman ölkələrində də bu məhdudiyyətlər tətbiq olunur: "Məsələn, Kərbəlada Aşura günü ərəfəsində hərəm bağlı olacaq. Həcc ziyarəti belə bu il təxirə salındı".


Etiketlər:  Çox sayda insan yerə toplaşsa koronavirus geniş yayılacaq Heydər Məscidinin imamı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ