Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YouthSpeak Forum 2019 uğurla başa çatıb (FOTO)

YouthSpeak Forum 2019 uğurla başa çatıb (FOTO)

Tarix: 25 Iyun 2019 02:52

Bakı. Trend:

AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı önəmli tədbirlərindən biri olan YouthSpeak Forum 2019-u Bakı Ali Neft Məktəbində uğurla başa çatdırdı.

Trend-in məlumatına görə, YouthSpeak Forumu dünyanın 100-dən çox ölkəsində keçirilən beynəlxalq forumdur.

Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədləri əsasında yaradılmış və insanları DİM haqqında məlumatlandırmaq məqsədi daşıyan vasitələrdən biridir. YouthSpeak Forumunun əsas məqsədi müxtəlif peşə sahələrindən olan liderləri və Azərbaycan gənclərini bir araya toplamaqla, onları DİM və bir sıra mövzularda müzakirə və fikir mübadiləsinə cəlb etməkdir.

Forumun açılış mərasimində AIESEC Azərbaycan təşkilatının sədri Əşrəf Hüseynov AIESEC Azərbaycan-ın fəaliyyəti haqqında danışıb, bütün iştirakçılara dərin minnətdarlığını bildirdi, daha sonra isə rəsmi qonaqlar olan İnformasiya Texnologiyalar Dövlət Fondunun rəhbəri Azər Bayramov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş üzrə rəhbəri Fuad Babayev, Azərbaycan Respublikası Gənclər Fondu yanında Karyera Mərkəzinin Rəhbəri Fəxri Məmmədli və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası-nın sədri Məryəm Məcidova çıxış etmişdir.

Açılışdan sonra Forum-da ''SUP Startup Accelerator''un icraçı direktoru Vüsal Kərimli "Sənaye, İnnovasiya və İnfrastruktur", Counterpart International'ın Proqram Mütəxəssisi və Equals Baku həmtəsisçi, Zümrüd Cəlilova "Gender bərabərliyi", Nar şirkətinin Korporativ Kommunikasiyalar üzrə direktoru Əziz Axundov "Layiqli əmək və İqtisadi artım" mövzularında əsas məruzəçilər kimi çıxış etmiş, daha sonra isə Forum interaktiv seminarlar ilə davam edib. Lalafo şirkətinin ölkə üzrə direktoru Müşviq Həsənov ”Sahibkarlıq'', Blockchain üzrə mütəxəssis Məryəm Tağıyeva “Yüksək Texnologiyalar və Blockchain”, Procter & Gamble Azərbaycan-ın Azərbaycan və Gürcüstan üzrə Baş Marketinq meneceri Əliyar Hüseynov ”Gender bərabərliyinin təmin edilməsi və onunla bağlı sağlam siyasətin tətbiq olunması'', Red Communications PR&BTL Agency-nin İdarəçi Tərəfdaşı, 100 Business Women of Azerbaijan sədri, Tatyana Mikayılova “Gender Bərabərliyi və insan inkişafı”, HUMAN Foundation təsisçisi, One Young World səfiri Fəridə Əskərzadə “Canvas Biznes Modeli” mövzuları haqqında öz təcrübə və biliklərini iştirakçılarla paylaşdılar.

Forumun son hissəsində iştirakcılar öz sosial layihələrini yaradaraq və onları təqdim edərək müsabiqədə iştirak etmək şansı əldə etdilər. Layihə Təqdimatında münsiflər heyəti tərəfindən seçilərək qalib olan komanda üzvləri AIESEC Azərbaycanın xaricdə keçirilən 6 həftəlik təcrübə proqramında pulsuz iştirak haqqı qazandılar.

AIESEC Azərbaycan təşkilatı dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz dərin minnətdarlığını bildirir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az


Etiketlər:  YouthSpeak Forum 2019 uğurla başa çatıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ