Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 16:54
"Fənərbağça" növbəti transferini həyata keçirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"dan Mame Tiamı heyətinə qatıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, seneqallı oyunçu 2019/2020 mövsümündə "Kasımpaşa"da 28 matçda 12 qol vurub, 5 qolun ötürməsini verib.
Xatırladaq ki, "Fənərbağça" bundan əvvəl Mert Hakan Yandaş, Gökhan Gönül, Caner Erkin və Filip Novakı transfer edib.